Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayırılmış 70,1 milyon manat vəsait də nəzərə alınmaqla, 2020-ci ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə dövlət büdcəsi xərclərinin 1,6 faizi həcmində və ya 412 milyon manat vəsait yönəldilib.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Sənəddə bildirilir ki, funksional təsnifata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsait istisna olmaqla) 2020-ci ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 157,4 milyon manatı və ya 46,0 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinə (2019-cu illə müqayisədə 45,5 milyon manat və ya 40,6 faiz çox), 99,0 milyon manat və ya 28,9 faizi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər müəssisə və tədbirlər üzrə xərclərə, 51,5 milyon manatı və ya 15,1 faizi televiziya, radio və nəşriyyat xərclərinə, 34,1 milyon manatı və ya 10,0 faizi bədən tərbiyəsi və gənclər siyasəti üzrə xərclərə sərf edilib.