Vətən müharibəsində itkin düşən daha bir hərbçinin nəşi tapılıb.

“Qərb Xəbər”in məlumatına görə, meyiti aşkarlanan Tovuz rayon sakini Nağıyev Pərviz Guloğlan oğlu 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Şəhidin nəşrinin bu gün rayona gətirilərək dəfn olunacağı bildirilir.