Mayın 17-də Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham edilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilib. Məhkəmə prosesi 4 saata yaxın davam edib. Məhkəmə prosesində azyaşlı Nərmin Quliyevanın və İlkin Süleymanovun yaxınları, mətbuat nümayəndələri iştirak edib.

İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 144.3 və digər maddələri ilə ittiham edilir.

Növbəti məhkəmə prosesi 1 iyun saat 11:00-a təyin edilib.

Məhkəmə prosesindən sonra İlkin Süleymanovun əmisi Süleyman Süleymanov və qardaşı Amil Süleymanov “Qərb Xəbər”ə videomüsahibə verib.