Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 17 mlrd 037,9 mln manat təşkil edib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 1,6 % azalaraq 1 min 702,7 manata çatıb.