Ağstafada qətl törətməkdə şübhəli bilinən şəxs həbs olunub.

“Qərb Xəbər”in məlumatına görə, Köçəsgər kənd sakini Çiçək Əkbərovanı öldürməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tural Məmmədov Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Saxlanılan şəxsin Ç.Əkbərovanın qohumu olduğu bildirilir.

Məlumata görə, o, qadını öldürdükdən sonra evi qarət edib. T.Məmmədov mənzildən Ç.Əkbərovaya məxsus 1 cüt sırğa aparıb.

Faktla bağlı araşdırma aparılır.