Ağstafa rayonu Köçəsgər kəndində qətl hadisəsi törədilib.

“Qərb Xəbər” in məlumatına görə, Ağstafa rayon Köçəsgər kənd sakini Ələkbərova Çiçək Əli qızı evində ölü tapılıb.

Hadisənin təfərrüatları haqda hələlik heç bir məlumat yoxdur.

Hadisə ilə bağlı cinayət işi başlanıb. İstintaq davam etdirilir.