Şəmkirdə oğurluq hadisəsi baş verib.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Şəmkir rayonundakı evlərin birindən 11 000 manat pul oğurlamaqda şübhəli bilinən Yeni Həyat kənd sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.