Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.

Qurumun yaydığı məlumata görə, iclasda çıxış edən Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev bütün üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Azay Quliyev gündəliyə təklif olunan aşağıdakı məsələlər haqqında məlumat verib:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və planlarının hazırlanması haqqında;

Agentliyin fəaliyyətinə dair daxili qaydaların (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) hazırlanması haqqında;

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.2, 7.3-cü bəndlərində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqi nəzərdə tutulan sənəd layihələrinə təkliflər haqqında;

Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi qaydası;

İcra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası;

Qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası;

Qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin müəyyən edilməsi.

Agentliyin strukturu, işçilərin say həddi və işçilərin vəzifə maaşları layihəsi haqqında

Agentliyin loqotipinin (emblemi) hazırlanması haqqında;

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri haqqında.

Gündəlik müzakirə edilərək yekdilliklə təsdiq olunub.

İclasda Müşahidə Şurasının 5 İşçi Qrupu yaradılıb:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və planlarının hazırlanması üzrə işçı qrupu:

Zaur İbrahimov (koordinator)

Günel Səfərova

İsrayıl İsgəndərov

Əvəz Həsənov

Agentliyin fəaliyyətinə dair daxili qaydaların (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) hazırlanması işçi qrupu:

Əvəz Həsənov (koordinator)

Zaur İbrahimov

Azər Allahverənov

Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi qaydası, İcra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası, Qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası, Qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin müəyyən edilməsi məsələləri üzrə işçı qrupu:

Nurəddin Mehdiyev (koordinator)

Zakir Hacıyev

İlqar Orucov

Agentliyin loqotipinin (emblemi) hazırlanmasının təşkili üzrə işçı qrupu:

Günel Səfərova (koordinator)

Əvəz Həsənov

İlqar Orucov

QHT-lərin fəaliyyət göstəricilərinin qiymətləndirilməsi və ictimai faydalılığının ölçülməsi üzrə işçı qrupu:

İsrayıl İsgəndərov (koordinator)

Günel Səfərova

Zaur İbrahimov

İlqar Orucov

İclasda gündəliyin 6-cı məsələsi geniş müzakirə edilib və Muşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri və bu sahədə görəcəyi işlər təsdiq olunub. Sonda Müşahidə Şurası üzvlərinin ayda bir dəfə keçirəcəyi qəbul günlərinin qrafiki müəyyənləşdirilib.

Müşahidə Şurasının üzvünün adıVəzifəsiƏlaqələndirdiyi fəaliyyət istiqamətiƏlaqələndirdiyi fəaliyyət istiqaməti üzrəgörüləcək işlər
Azay QuliyevsədrÜmumi rəhbərlikMüşahidə Şurasının işinin təşkili
Vüsal Quliyevsədr müaviniDövlət orqanları ilə fəaliyyətin əlaqələndirilməsiDövlət orqanları ilə fəaliyyəti əlaqələndirir;Agentliyin və icraçı direktorun fəaliyyətinə nəzarəti həyata keçirir və bununla bağlı təkliflər verir;QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və QHT-lərin institusional inkişafı istiqamətində təkliflər hazırlayır;İctimai nəzarətin tətbiqində QHT-lərin iştirakını təşviq edir.
İlqar MəmmədovüzvQHT-lərin institusional inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi məsələləriAgentliyin və icraçı direktorun fəaliyyətinə nəzarəti həyata keçirir və bununla bağlı təkliflər verir;QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və QHT-lərin institusional inkişafı istiqamətində təkliflər hazırlayır;İctimai nəzarətin tətbiqində QHT-lərin iştirakını təşviq edir.
Zakir HacıyevüzvQHT-lərin maliyyələşdirilməsi, mühasibatlıq və maliyyə hesabatlılığı məsələləriQHT-lərin maliyyələşdirilməsi, mühasibatlıq və maliyyə hesabatlılığı ilə bağlı təkliflər verir;Agentliyin və icraçı direktorun fəaliyyətinə nəzarəti həyata keçirir və bununla bağlı təkliflər verir;QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və QHT-lərin institusional inkişafı istiqamətində təkliflər hazırlayır.
Əvəz Həsənov,Zaur İbrahimovüzvİnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə məsələləriBu istiqamətdə müsabiqə mövzularının müəyyən edilməsi məqsədilə müvafiq QHT-lərlə ictimai müzakirələri təşkil edir və müsabiqə mövzuları haqqında təklifləri Müşahidə Şurasına təqdim edir;Bu istiqamətdə keçirilən qrant müsabiqəsinin nəticələrinə dair arayışların hazırlanmasına rəhbərliyi həyata keçirir və həmin arayışları Müşahidə Şurasına təqdim edir;Bu istiqamətdə keçirilən qrant müsabiqəsinin nəticələrinə dair apelyasiya müraciətlərinin baxılmasında iştirak edir;Bu istiqamətdə maliyyələşdirilən layihələrin icra vəziyyətinin monitorinqində və nəticələrinin qiymətləndirilməsində iştirak edir;Bu istiqamətdə QHT-lərin səmərəli fəaliyyətinin təşkili ilə bağlı təkliflər hazırlayır;Bu istiqamətdə dövlət büdcəsinin vəsaiti hesabına ayrılan qrantlardan QHT-lər tərəfindən təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsində iştirak edir;Bu istiqamət üzrə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərində QHT-lərin iştirakını təşviq edir və bu sahədə beynəlxalq donorlarla əlaqələr qurur;Bu istiqamət üzrə ictimai nəzarətin tətbiqində QHT-lərin iştirakını təşviq edir;Bu istiqamətdə könüllülük fəaliyyətini təşviq edir;Bu istiqamətdə Agentliyin məsul olduğu müvafiq dövlət proqramları və milli fəaliyət planlarının icrasına nəzarət edir, bu qəbildən olan sənəd layihələrinə rəy və təkliflər verir;Bu istiqamətdə qrant verə bilən qurumlar tərəfindən razılaşdırılması üçün Agentliyə təqdim olunan müsabiqə mövzularına və layihələrə dair rəyin verilməsində iştirak edir;Bu istiqamət üzrə əlavə vəsaitin cəlb edilməsi üçün dövlət-özəl və QHT-lər arasında üçtərəfli tərəfdaşlığı təşviq edir;Agentliyin və icraçı direktorun fəaliyyətinə nəzarəti həyata keçirir və bununla bağlı təkliflər verir;QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və QHT-lərin institusional inkişafı istiqamətində təkliflər hazırlayır;Bu istiqamət üzrə QHT-lərə məlumatlandırma, konsultativ və metodiki dəstəyin verilməsində iştirak edir;Bu istiqamət üzrə daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;İldə iki dəfə fəaliyyət istiqaməti ilə bağlı Müşahidə Şurasına hesabat verir və Agentliyin həyata keçirdiyi işlər haqqında ictimaiyyəti məlumatlandırır;Bu istiqamət üzrə fəaliyyət göstərən QHT-lərin sosial şəbəkələrdə müzakirə platformalarını yaradır və aktual məsələlərin ictimai müzakirəsini təşkil edir;Mətbuatda və sosial mediada Agentliyin fəaliyyəti ilə bağlı qaldırılan məsələlərə münasibət bildirir və bu barədə Müşahidə Şurasını məlumatlandırır;Ayda bir dəfə bu istiqamət üzrə fəaliyyət göstərən QHT nümayəndələrini qəbul edir
Azər Allahverənov,Nurəddin MehdiyevüzvƏtraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə məsələləri
İlqar Orucov,İsrayıl İsgəndərovüzvElm, təhsil, mədəniyyət və Azərbaycançılığın təşviqi məsələləri
Nurəddin Mehdiyev,İlqar OrucovüzvSosial (şəhid ailələri, müharibə veteranları və əlilliyi olan şəxslər) və iqtisadi məsələlər
Günel Səfərova,Əvəz HəsənovüzvAilə, qadın, uşaq və gender məsələləri
İsrayıl İsgəndərov,Günel SəfərovaüzvAzərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi və təşviqi məsələləri
Zaur İbrahimov,Azər AllahverənovüzvAçıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri