“Azərbaycanın qədim torpağı olan Qarabağın ermənilər tərəfindən təxminən 30 il davam edən qanlı işğalına 44 günlük Vətən müharibəsi vasitəsi ilə şanlı bir qələbə ilə son verildi. Bu zəfər qardaşlarımız olan Azərbaycan xalqı qədər Türkiyə vətəndaşlarını da sevincə qərq etdi”.

“Qərb Xəbər”in məlumatına görə, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

O qeyd edib ki, Türkiyə Vətən müharibəsində qardaşlıq öhdəliyini yerinə yetirərək Azərbaycanı əsla tək buraxmayıb: “Türkiyə müharibənin başlanğıcından sonuna qədər qardaşının yanında olub və lazımi bütün dəstəyi verərək dosta və düşmənə birlikdə olmağın gücünü göstərib. Türk milləti adına Azərbaycandakı və diasporadakı bütün azərbaycanlı qardaşlarımıza burdan səslənirik – Zəfəriniz mübarək və daimi olsun!”.