Xəbər verdiyimiz kimi, Qazax rayonunun Çaylı kəndində yolu qarşı tərəfə keçmək istəyərkən avtomobilin vurduğu piyadanın kimliyi məlum olub.

“Qərb Xəbər”in məlumatına görə, zərərçəkmiş kənd sakini, 17 yaşlı Kənan Habil oğlu Əhmədovdur.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.Hadisənin təfərrüatları araşdırılır.