Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Tovuz rayonunun Düz Cırdaxan və Cəlilli kəndlərində 8 nömrəli Regional Sukanal İdarəsinin Təmir-tikinti və quraşdırma sahəsi tərəfindən içməli su layihəsi həyata keçirilir.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Düz Cırdaxan və Cəlilli kəndlərinə içməli suyun Tovuz şəhərinin şəbəkəsindən verilməsi layihələndirilib. Bu məqsədlə Düz Cırdaxan kəndindən keçməklə Cəlilli kəndinə qədər 3,7 kilometr uzunluğunda magistral kəmərin, eyni zamanda, kəndlərdə 2 kilometr paylayıcı su xətlərinin və əhalinin ümumi istifadəsi üçün 19 ədəd bulağın quraşdırılması nəzərdə tutulur.

Hazırda magistral kəmərin tikintisi davam etdirilir.to