Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Abituriyentlərin nəzərinə: Sənədləri hazırlayın

Dövlət İmtahan Mərkəzi (DİM) yaxın vaxtlarda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu və imtahanlara start verəcək.

“Qərb Xəbər”in məlumatına görə, DİM bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edib.

Qeyd olunub ki, bu günədək keçirilən buraxılış imtahanlarında iştirakçılar arasında xeyli müddət əvvəl şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şagirdlər olub: “Bu ilin yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu və imtahanlarda iştirak etmək üçün müvafiq qurumlara müraciət edərək öz sənədlərini yeniləməlidirlər”.