Aprelin 18-də şəhid Elşən Məmmədovun doğum günü idi. Bu münasibətlə Tovuz Turan İctimai Birliyinin fəalları onun məzarını ziyarət ediblər.

“Qərb Xəbər”ə müsahibə verən şəhdin ailə üzvləri şəhid oğulları ilə fəxr etdiklərini bildiriblər.

21 sentyabr 2020-ci ildə Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olan E.Məmmədov Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

O, Qarabağ müharibəsindən sonra elan olunan atəşkəs dönəminin son şəhidlərindən biridir.

MAHHXQ Məmmədov Elşən Əli oğlu 1982-ci ildə Tovuz rayonun Qazıqulu kəndində anadan olub. 1989-cu ildə həmin kəndin tam orta məktəbinin 1-ci sinifinə daxil olub. A.S.Puşkin adına Tovuz rayon orta məktəbin 11-ci sinfini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif işlərdə işləsə də, taleyini hərbi peşəsi ilə bağlayıb.

Evli və Üç oğul atası idi.