Aprel ayının 3 də minaya düşmüş əsgər Bayramov İlkin Bayram oğlu şəhid olub.

“Qərb Xəbər”in məlumatına görə, dünən yaşadığı Ağstafa şəhəri Pirili kəndinə gətirilərək dəfn olunub.

Dəfndə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, şəhidin döyüş yoldaşları, Müdafiə Nazirliyinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin yaxınları və müəllimləri İlkinin həyatından, vətənpərvərliyindən söz açıblar. Pirili kənd məktəbinin direktoru Nəsibova Səfura onun hələ məktəb yaşlarından necə vətənpərvər və igid bir insan olduğunu deyib.

Dəfnə gələn Tovuz Turan İctimai Birliyinin fəallarının təşəbbüsü ilə şəhidimiz son mənzilə şüarlarla yola salınıb. Sonda şəhidimiz torpağa tapşırılıb.

Tabutuna örtülmüş üçrəngli Azərbaycan Bayrağı şəhidin atasına təqdim olunub.