Ağstafa şəhərində şəhid Elnur Elman oğlu Həsənovun xatirəsini əbədiləşdirmək məqsədilə bulaq inşa edilib.

“Qərb Xəbər”in məlumatına görə, Elnur Həsənov 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Ölümündən sonra “Vətən uğrunda”, “Şuşa uğrunda” medalları ilə təltif olunub.