Ağstafa rayonunun Rafiq Alıcanov küçəsində Mehtiyev Yaqub Vaqif oğlu I qrup əlildir. O, ömrünü yatdığı otağın bir küncündə pəncərədən bayıra baxaraq keçirib. Hazırda 48 yaşı var.

“Qərb Xəbər”ə danışan anası Qərinə Mehdiyeva deyir ki, oğluna verilən əllilik üzrə müavinət ailənin dolanışığına, Yaqubun baxımına xərcləndiyindən güc-bəla dolanırlar, üstəlik, ev sahibəsinin ölən qızının 3 uşağı da bu evdə yaşayır.

Neçə illərdir oğlunun qulluğunda durmaqdan səhhətində problemlər yaranıb. Artıq o əvvəlki kimi oğlunu gəzdirə və ya bayıra çıxara bilmir. Q.Mehdiyeva dövlət tərəfindən ayrılan pensiyadan başqa kömək görmədiklərindən gileylənir.

Dəfələrlə aidiyyəti orqanlara məlumat versələr də, Yaquba əlil arabası verilməyib.