Qovlar şəhərinin Azadlıq küçəsi, bina 3 ünvanında sakinlər gecə-gündüz qorxu içində yaşayırlar.

“Qərb Xəbər”in məlumatına görə, sözü gedən ünvanda bina qəzalı vəziyətdə olduğundan sakinlər gecələr yata bilmirlər.

Şikayətçi Cəmilə Həsənova bildirir ki, bina 1958-ci ildə Peşə məktəbinin balansında yataqxana kimi  istifadəyə verilib. 1992-ci ildən burada məskunlaşan aillələr son üç ildə binanın bu vəziyyətə gəldiyini deyirlər. Binanın yaxınından keçən dəmir yolu da binanın qəzalı vəziyyətinə təsir edən amillərdəndir.

Sakinləri dinlədikdən sonra şikayət üzrə Tovuz Rayon İcra Hakimiyyətinə üz tutduq. Əldə etdiyimiz məlumata görə, bina əvvəl Tovuz Rayon Təhsil Şöbəsinin balansında olub, sonradan binalar özəlləşib, amma yenə də heç kim binanın təmirini öz üzərinə götürmür.

Sakinlər isə hələ də kimə müraciət edəcəklərini bilmirlər.