Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair martın 30-da elan edilən sorğu çərçivəsində 50 000-dən çox rəy qəbul edilib.

Təhsil Nazirliyinin yaydığı məlumata görə, sorğunun nəticələrinə əsasən, çoxluq (45,7 %) bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini təklif edib.