Ağstafada sahibkarın adamları ilə sürücülər arasında baş verən dava haqqında xəbər vermişdik.

Belə ki, Qazax rayonu Ağköynək kəndinin Ağstafaya bitisik ərazisində fəaliyyət göstərən “Saloğlu” firması tərəfindən dayanacaqdan istifadə edən sürücülərdən haqq tələb edilməsi nəticəsində insident baş vermişdi.

“Saloğlu” firmasının direktoru Zaur Əhmədov və sahibkar Tacəddin Mustafayev Ağstafa rayon məhkəməsinə iddia ərizəsi verərək, hadisəni işıqlandıran Kanal-24 internet televiziyasının, Ağstafa şəhər sakini Quliyev Fazil Heybət oğlunun, Qırlı kənd sakinləri Abbasov Şaiq Sovet oğlunun və Qurbanov Habil Rəşid oğlunun üzr istəməsini, 300000 manat təzminat ödəmələrini istəyib.

Məhkəmə 01 aprel saat 14.45-ə təyin edilib.