Azərbaycanda martın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.