Qazaxın 6 məktəbi COVID-19 infeksiyasına yoluxmalara görə bağlanıb.
“Qərb Xəbər”in məlumatına görə, bu barədə Qazax Şəhər Təhsil Şöbəsi məlumat yayıb.
Bundan əlavə, Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru, 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov COVID-19-dan ölüb.
Məktəblərdə müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslərin iki həftəlik distant davam etdirilməsi qərara alınıb.