Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində 120 kvadratmetr sahəsi olan evin zirzəmisində yanğın olub.

“Qərb Xəbər”in məlumatına görə, yanğın zirzəminin ev əşyaları olan 10 kvadratmetrlik hissəsində baş verib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları araşdırma aparır.