Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

“Qərb Xəbər”in məlumatına görə, hadisədə “Hyundai” markalı avtomobilin aşıb. Nəticədə Gəncə şəhər sakinləri olan 5 nəfər müxtəlif bədən xəsarətləri hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınan hadisədə xəsarət alan şəxslər aşağıdakılardır:

2000-ci il təvəllüdlü Məmmədova Aytac Elzar qızı;

1950-ci il təvəllüdlü Hüseynova Şöhlə Əmirasla qızı;

2001-ci il təvəllüdlü Məmmədov Qorxmaz Ağa oğlu;

1973-cü il təvəllüdlü Məmmədova Lalə Qorxmaz qızı;

1969-cu il təvəllüdlü Qənbərova Qahirə Qorxmaz qızı.

Yaralıların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.