Martın 21-də “Ana-bala məktəbi” könüllü sosial layihəsinin instagram tətbiqi vasitəsi ilə “Beynəlxalq Daun Simdromu Günü”nə həsr edilmiş canlı yayımı baş tutub.

“Qərb Xəbər”in məlumatına görə, Tovuz Gənclər Evinin əməkdaşı Günay Abdullayeva daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyası üçün görülən işlərdən, Art terapiya və rəqsin bu prosesdə əhəmiyyətindən bəhs edərək izləyicilərin yönəltdiyi sualları cavablandırıb.

Qeyd edək ki, 21 mart Dünya Daun Simdromu Günü kimi qeyd edilir.