Gəncə şəhəri Poçt qəsəbəsi sakinləri yol, kanalizasiya və zibil problemindən şikayət edirlər.

Qəsəbə sakinlərinin “Qərb Xəbər”in reportyoruna verdiyi məlumata görə, buraya 40 il əvvəl çəkilmiş yol artıq yararsız vəziyyətə düşüb kanalizasiya xəttinin nasaz olması isə yağışlı və qarlı havada sakinlərə böyük problemlər yaşadır.

Buradan keçən 20 nömrəli maşrutun sürücüləri bildirilər ki, hər ayın əvvəlində bu yol sayəsində maşınları təmirə verirlər və bu da sahibkarlara böyük ziyan vurur.

Qəsəbə ərazisindən keçən Gəncənin məhşur “Xan Arxı” da bu problemdən öz payını alır. Belə ki, kanalizasiya xətlərinin köhnə və bərbad olmasına görə sakinlər həyətlərindəki çirkab suları məhz bu arxa axıdırlar.

Çəkiliş heyyətimiz ərazidə olarkan zibil qutularının olmadığını da müşahidə ediblər. Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan ərazidə zibil qutularının olmadığından sakinlər zibilləri “Xan Arxının” ətrafına atırlar və nəticədə ərazidə anti-sanitariya hökm sürür.

Sakinlərin bu vəziyyətlə bağlı dəfələrlə şikayət etməsinə baxmayaraq mövzu hələ də aktuallığını qoruyur.