Qazax rayonunda baş vermiş avtoqəzanın təfərrüatları məlum olub.

“Qərb Xəbər”in məlumatına görə, Dəmirçilər kənd sakini 57 yaşlı Ziyarət Xəlilov və onun övladı 27 yaşlı Xəlilov Elvin Ziyarət dünyasını dəyişib.

Eyni zamanda 26 yaşlı Cövdət Qasımov və Məhərrəm Məmmədov xəsarət alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bildirək ki, hadisə zamanı “Mercedes” markalı minik avtomobili “VAZ 21011”-ə dəyərək yol kənarındakı ağaclara çırpılıb.