Ağstafada şəhidlərin adının əbədiləşdirilməsi məqsədilə daha bir abidə kompleksi Göycəli kəndində inşa olunub.

“Qərb Xəbər”in məlumatına görə, kompleksin açılışında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Abidə kompleksində Göycəli kəndindən 1-ci Qarabağ müharibəsində şəhid olmuş Həmzəyev Namiq Həmzə oğlunun, Hüseynov Şahlar Hüseyn oğlunun, Qurbanov Novruz Əliyullah oğlunun, Tovuz döyüşlərində şəhid olmuş Sadıqov Vüqar Lətif oğlunun, Vətən müharibəsində şəhid olmuş Mehtizadə Qurban Aydın oğlunun, Məmmədli Turan Rafiq oğlunun və Abbasov Teymur Feyruz oğlunun adları əbədiləşdirilib.

Tədbirdə çıxış edən Seymur Orucov abidə kompleksinin inşasına görə ağstafalılar adından Göycəli kəndindən olan iş adamı Haqverdiyev Əhməd Əsgər oğluna dərin minnətdarlıqlarını ifadə ediblər.