18 Mart tarixində “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində kənd təsərrüfatı sahəsində heyvandarlıq ixtisası üzrə dövlət və özəl sektor nümayəndələri, peşə məktəblərinin müəllim və mühəndis pedaqoji heyəti, fermer və sahibkarlar üçün yeni baxış və performans yönümlü İnnovativ Təlimlər silsiləsindən “Heyvandarlıqda dişi toxumun tətbiqi” və “Heyvandarlıqda yem rasionlarının tətbiqi və müasir rasion proqramları”  mövzularında təlimlər təşkil olunub.

Bərdə şəhərində keçirilən təlimlərdə təlimçi baytar-həkim Vüsal Abbasov “Heyvandarlıqda dişi toxumun tətbiqi” və “Heyvandarlıqda yem rasionlarının tətbiqi və müasir rasion proqramları” barədə iştirakçılara ümumi məlumat verərək, dişi toxumların seçilməsi metodu, genetika əhəmiyyəti, üstün və mənfi cəhətləri və yem rasionlarında əsas elementlər, yem dəyərləri, yemlərin fiziki və orqanolptik göstəriciləri haqqında təqdimat verib. Təlimlər müddətində iştirakçıları maraqlandıran suallar cavablanmış, mövzular haqqında geniş müzakirə aparılıb.                                                       

Qeyd edək ki, “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi 2017-ci ilin oktyabr ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilir.

DSC_0005

DSC_0013
DSC_0016
DSC_0010
DSC_0018
DSC_0017