Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurası fermerlərin dizel yanacağı ilə bağlı artan xərclərini kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsallarını artırıb.

Bu barədə nazirlik məlumat yayıb.

Məlumatda deyilir ki, dizel yanacağının qiymətindəki dəyişikliklərin kənd təsərrüfatına mümkün təsirini aradan qaldırmaq üçün dövlət fermerlərə stimullaşdırıcı dəstək tədbirlərini davam etdirir. Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib. Şuranın qərarında yeni əkin əmsalları öz əksini tapıb. Əkin əmsallarının artırılması Tarif (qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyır. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Hazırda fermerlərə bitkiçilik sahəsində subsidiya ödənişləri davam edir. Fermerlərə ilkin mərhələdə ötən ilin yekununda təsdiqlənmiş məbləğlər üzrə subsidiyalar ödənilir, yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişi isə cari il ərzində həyata keçiriləcək.

Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25%-i nağd formada, 75%-i isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər. Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək.

Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalları və əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən edilib:

Bitki növləri09.12.2020 təsdiqlənən əkin əmsalıƏkin subsidiyası (manat/ha)Yanacağa görə əlavə (manat/ha)Yeni əkin əmsalıCəmi əkin subsidiyası (yeni) (manat/ha)
Buğda:
əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə görə1,0200401.2240
əkin sahələrinin 20 hektarından çox olan hissəsinə görə0,8160200.9180
Çəltik1,4280401.6320
Soya1,3260201.4280
Qarğıdalı0,8160401.0200
Darı0,8160200.9180
Sorqo0,5100400.7140
Digər dənli və dənli paxlalılar (arpa, covdar, vələmir, noxud, mərci və s.)0,8160200.9180
Qarabaşaq0,9180401.1220
Yer fındığı0,9180401.1220
Zəfəran2,0400402.2440
Günəbaxan:1,0200401.2240
Tütün1,4280401.6320
Pambıq1.1220401.3260
Şəkər çuğunduru1,4280501.65330
Kartof1,2240401.4280
Tərəvəz1,2240201.3260
Bostan bitkiləri1,1220201.2240
Yonca0,2550200.3570
Digər bitkilər0,5100300.65130
Üzüm:
bağın salındığı ildən ilk 4 il ərzində3,0600403.2640
4 ildən sonrakı illər üzrə1,2240101.25250
Çay:
plantasiyanın salındığı ildən ilk 7 il ərzində3,5700403.7740
7-ci ildən sonrakı illər üzrə1,2240101.25250
İntensiv meyvə bağları:
bağın salındığı ildən ilk 4 il ərzində3,5700303.65730
4 ildən sonrakı illər üzrə1,2240101.25250
Digər meyvə bağları1,2240101.25250
Giləmeyvəlilər1,0200301.15230
Təkrar əkinlər0,360260.4386