Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 12 019 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,5 %, qeyri-neft-qaz sektorunda isə 0,4 % azalıb.

ÜDM istehsalının 41,2 %-i sənaye, 10,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,7 %-i tikinti, 3,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 %-i informasiya və rabitə, 0,7 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 %-ni təşkil edib.

Son 1 ildə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 4,9 % azalaraq 1 201,6 manata bərabər olub.