Ötən il oktyabrın 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinin atəşə tutulması nəticəsində Əli Nəzmi küçəsində yaşayan Gülmira Verdiyevanın və Arif Bədəlovun evlərinə ziyan dəyib.

“Qərb Xəbər”in məlumatına görə, Gülmira Verdiyevanın anasından qalan evə Fövqəla Hallar Naziri, general-polkovnik Kamaləddin Heydərov tərəfindən evə baxış zamanı sökülüb yenidən tikiləcəyi bildirilsə də, indi təmir olunacağı deyilib.  G.Verdiya isə evin təmirlik halı olmadığını deyir.

Arif Bədəlovun şikayəti isə fərqlidir: evinə dəyən ziyan hesablanıb onun müqabilində ev verilsə də, vətəndaş 6 nəfərlik ailə ilə verilən ikiotaqlı evə yerləşə bilmədiklərini bildirir. Özü birinci, həyat yoldaşı III qrup əlil, eyni zamanda xərçəng xəstəsidir.

Ətraflı videoreportajda: