Azərbaycanda koronavirus infeksiyasına 297 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 237 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 915 nəfər müalicə olunaraq sağalıb, 3 250 nəfər vəfat edib. Hazırda 4 095 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 152, bu günə qədər isə ümumilikdə 2 663 151 test icra olunub.