Martın 5-də Avropa İttifaqının maliyyə dəstəyi ilə “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində kənd təsərrüfatı sahəsində heyvandarlıq ixtisası üzrə dövlət və özəl sektor nümayəndələri, peşə məktəblərinin müəllim və mühəndis pedaqoji heyəti, fermer və sahibkarlar üçün yeni baxış və performans yönümlü İnnovativ Təlimlər silsiləsindən “Qoyunçuluq” və “Müasir kompleksin idarəolunması” təlimləri təşkil edilib.

Bərdə şəhərində keçirilən təlimdə iştirakçılar təlimçi baytar-həkim Vüsal Abbasov tərəfindən “Qoyunçuluq” və “Müasir kompleksin idarəolunması” haqqında ümumi məlumatlandırılıb, təlim müddətində müasir ferma təsərrüfatlarının idarəolunması, heyvandarlıqda istifadə edilən yeni texnikalar vəs. barədə geniş informasiya verilib, fikir mübadiləsi aparılıb. Təlimin sual–cavab hissəsində iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.                                                       

Qeyd edək ki, “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi 2017-ci ilin oktyabr ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilir.

DSC_0921
DSC_0923
DSC_0926
DSC_0888