Ağstafada qarşıdurma yaranıb. Ağstafa rayonunda dünən sahibkarla Bakıya işləyən sürücülər arasında dava olub.

“Qərb Xəbər”in məlumatına görə, Ağstafa dairəsində yerləşən avtostansiyanin sürücülərə haqq qoyması mübahisəyə səbəb olub.

Belə ki, minik avtomobillərindən 3, mikroavtobuslardan 5 manat tələb olunur. Buna etiraz edən sürücüləri isə hədələyirlər. Nəhayət, dünən dava düşüb və bir neçə sürücüyə xəsarət yetirilib.