Tovuz rayon Düz Cırdaxan kəndində yaşayan qəribovlar ailəsinin bir il öncə baş vermiş təbii fəlakət nəticəsində evləri yararsız hala düşüb.

Ailə başçısı Elşən Qəribovun “Qərb Xəbər”in reportyoruna verdiyi məlumata görə, bir neçə ildir ki, burada yaşayırlar. Özü işsizdir. Borc-xərc düzəltdikləri ikiotaqlı evlərinin dam örtüyü keçən ilin iyul ayında əsən güclü küləklər nəticəsində uçub.

Həyat yoldaşı Səidə Qurbanova Tovuz Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinə, bələdiyyə və digər aidiyyəti qurumlara müraciət etdiklərini deyir.

Hadisə ilə bağlı baxış keçirildikdən sonra Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən onlara cəmi bir neçə dam örtüyü verilib – o da yalnız bir otağın bağlanmasına çatıb. Digər otaqda qalan əşyalar və yataq dəstləri açıq havada qalıb. Yağan qar və yağış artıq onları çarəsiz vəziyyətə salıb.