“Azəriqaz” Ağstafa rayonunda yüzlərlə evə saxla borc bildiriləri paylayıb.

Bu barədə “Qərb Xəbər”ə Ağstafa şəhəri, S.Vurğun küçəso, ev 30 ünvanında yaşayan Fəxrəddin Dolq məlumat verib.

Şikayətçinin bildirdiyinə görə, hər ödənişi vaxtlı-vaxtında edib. Yanvarın 8-də növbəti bildirişi alıb və bildirişdə 18.10 azn qeyd olunub: “10 gün sonra verilmiş növbəti saxta bildirişdə 79.90 azn borc göstərilib. Saxtalıq bildirişdən aydın görünür. “Azəriqaz”ın Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa texniki sahəsinə müraciət etdim və aydınlaşdırıb həll edəcəklərini bildirsələr də, bu vaxta qədər borc silinməmiş qalıb”.

F.Dolq onu da bildirib ki, tək o deyil, Ağstafa əhalisi hər gün idarəyə şikayət etsə də, problem həllini tapmır.