UNİCEF-in gənclər üçün xidmətlər təşəbbüsü proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, İnkişaf et, Töhfə ver” layihəsi çərçivəsində Şəmkir Gəncləri “Qocalara biganə qalma“ təşəbbüsü uğurla davam etdirilib.

“Qərb Xəbər”in məlumatına görə, təşəbbüsün əsas məqsədi ahılların və yaşlıların cəmiyyətə fəal inteqrasiyası və onların asudə vaxtının keçirilməsinə dəstək verilməsidir.

Bu məqsədlə pandemiya günlərində təşəbbüs qrupu karantin qaydalarına uyğun olaraq Şəmkirdə tənha yaşayan ahılları ziyarət edib, onlara məişət işlərində dəstək olub və bu istiqamətdə gənclərin marifləndirilməsinə başlanılıb.

Bu təşəbbüs UNİCEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində həyata keçirilir.

Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.