“Xıdır Nəbi”, bəzi yerlərdə “Xıdır İlyas”, qərb bölgəsində isə çox zaman “Xıdırəlləz” deyə adlandırılan bayramın əsas ritualı qovut hazırlanmasıdır.

Bu barədə “Qərb Xəbər”ə Qazax sakini Məhərrəm Göyüşoğlu bildirib.

Onun dediyinə görə, qovutun hazırlanması üçün lazım olan buğda və o buğdanı üyütməyə yarayan ən qədim və hazırda unudulmaqda olan məişət aləti kirkirədir.

Kirkirə yonulmuş iki qaya daşından ibarətdir. Daşlar oxla birləşdirilir və qovrulmuş buğda daşların ortasındakı dəliyə tökülərək üyüdülür. Üyünmüş buğdanı üzərində şirə əlavə edilərək yeyilir.

Ətraflı videoda: