Gəncədə ötən axşam güclü küləklə müşahidə olunan qar bəzi fəsadlar yaradıb.

Reportun məlumatına görə, şəhər ərazisində iri gövdəli ağaclar qarın ağırlığından və güclü küləyin təsirindən aşaraq elektrik xətlərini sıradan çıxarıb.

Nəticədə şəhirin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.Fəsadların aradan qaldırlması işlərnə başlanılıb. Avtomobil yollarında isə ciddi fəsadların olmadığı bildirilir.

Qeyd edək ki, hazırda şəhər ərazisində temperatur aşağı olsada yağıntı və külək yoxdur.