Gədəbəy rayonunda uzunömürlü sakin COVID-19-a qarşı peyvənd olunub.

Reportun məlumatına görə, rayonun Xarxar kəndin sakini, 1920-ci il təvəllüdlü Ərus Cəfər qızı Cavadova Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında peyvənd edilib.

Ə.Cavadova peyvənd olunduqdan sonra özünü yaxşı hiss etdiyini bildirib.

Respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Gədəbəy rayonunda da COVID-19 pandemiyasına qarşı peyvənd işləri davam etdirilir.