“Qazax rayonunda iki ildir “Akkord” şirkəti yeni su kanalizasiya xətti çəkir.Bütün şəhərin altını üstünə gətiriblər”.

“Qərb Xəbər”in məlumatına görə, bunu Qazax sakini Səbinə Rasim “Feysbuk” profilində yazıb.

“Yayda bir dəfə qazıb məchul bir gələcəkdə istifadəyə veriləcək sistem quraşdırdılar. Sonra ikinci qrup gəldi ki, yoooo birinci səhv qurub, ətəklərinizi yığın, indi biz əlasını çəkəcəyik. Bu foto da şirkətin Qarapapaq kəndində, qəbiristanlığa yaxın yerdə yeni salınmış məhəllədəki işinin nəticəsidir. Yolu qazıb, su çəkiblər. Qazıntını da hər yerdə elədikləri kimi ört-basdır eləyib, gediblər. Qar yağdı, əridi, yoldan keçən maşınlar “Akkord” un çalalarına düşür.

Bu şirkətə kim başçılıq eləyir? Təcrübə sahəsi seçiblər Qazaxı?” – deyə əlavə edib.