Ağstafa rayon əhalisi içməli suya olan tələbatını Poylu kəndi və Qazax rayonunun Ağköynək kəndindən su gətirməklə həll edir.

“Qərb Xəbər”in məlumatına görə, rayonun su-kanalizasiya təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər 2015-ci ildə yekunlaşdırılıb təhvil verilib. Buna baxmayaraq içməli su o qədər natəmizdir ki, əhali yenidən alternativ variantlardan istifadə edir.

2019-cu ildə yenidən sutəmizləyici qurğular quraşdırılsa da, içməli suyun “sirri” çözülmür. Hətta, rayon icra başçısı bu suya etibar etməyərək, alternativ içməli sulardan istifadəyə üstünlük verir. Əhali isə hələ də təmiz içməli suyun verilməsinə ümid edir.