Tovuzun Yuxarı Öysüzlü kəndində təbii qazın verilməsində problemlər yaşanır və bu da sakinlərin narazılığına səbəb olur.

“Qərb Xəbər”in məlumatına görə, kəndin “Çay tirəsi” adlanan hissəsində təbii qazın verilməsində gecikmələr artıq gündəlik həyatın probleminə çevrilib.

Sakinlər  bildiriblər ki, dəfələrlə Tovuz Qaz İstismar idarəsinə şikayət olunmasına baxmayaraq onların problemi yenə də öz həllini tapmayıb.