Tovuz rayonunun Düz Cırdaxan kənd sakini Nemət Qəribov gözdən əlildir.

“Qərb Xəbər”in reportyor qrupuna danışan N.Qəribov həyat yoldaşının vaxtsız vəfatından sonra qızı ilə adıçəkilən kənddə ikimərtəbəli evdə qardaşının yanında yaşayır. Qızı da gözdən əlildir.

O bildirir ki, ikisi üçün də ikinci mərtəbəyə çıxıb düşmək çətin olur: “Qardaş qoltuğunda qalmışam. Qızım əllilər məktəbində beşinci sinifdə oxuyur. Evim yaxın olsa, uşağımın əlindən tutub məktəbə aparıb gətirərdim”.

Daha sonra ölkə başçısına və vitse-prezidentə onu bir sığınacaqla təmin etməkləri üçün müraciət edib.

Davamı videoreportajda: