Yanvarın 30-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, rayonlarda bəzi yerlərdə yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 0-3 dərəcə şaxta olacaq.