Qazaxda rayonunda ağac budayanlar qəzaya səbəb olub.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə rayon sakini Xamis Məsimov şəxsi “Feysbuk” profilində yazıb.

Belə ki, Heydər Əliyev prospektində budama işləri aparılan zaman təhlükəsizlik tədbirləri görülmədiyi üçün kəsilən ağac yoldan keçən Vaz2107 markalı avtomobilin üzərinə düşüb.

Nəticədə avtomobil əzilib, sahibinə ziyan dəyib.