Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 8-12, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.