Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat yayıb.

“Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiya başlanılacaq. Sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatım yoxdur”, – İbrahim Məmmədov bildirib.