Zaur Bayramlı

Amerikada baş verən hadisələrlə bağlı “klaviaturası olan” hər kəs yazır. Başdan deyim ki, nə Tarmpçıyam, nə də Baydençi. Mənim həyatda öncəliyim Azərbaycan (Güneyli-Quzeyli) və Türkiyə başda olmaqla Türk Dünyasıdır və hər şeyə bu maraqdan yanaşıram.

Hə, deyə bilərsiniz ki, bəs sən niyə tutaq ki, Rusiyanın, İranın və s. ölkələrin rəhbərlərini sərt tənqid edirsən?!

Çünki Rusiya, İran, Ermənistan kimi ölkələrin rəhbərlərinin mənim ölkəmə – Azərbaycana mənfi anlamda birbaşa təsirləri var.
Amma Amerikanın Azərbaycan üçün və yaxud əksinə,Azərbaycanın Amerika üçün varlığı-yoxluğu bir formal olaraq 30 ilə yaxındır mövcud olan ATƏT-in Minsk qrupundan, NATO çərçivəsində Əfqanıstandakı kiçik miqyaslı hərbi əməkdaşlıqdan və kiçik miqdarda enerji maraqlarından o tərəfə keçmir – indilik. Bəlkə İran məsələsi gələcəkdə aktuallaşarsa, (Trampın ikinci dönəmi olacaqdısa, böyük ehtimal İran məsələsi böyük ölçüdə həllini tapacaqdı, amma İranın varlığına və bütövlüyünə həyati dərəcədə önəm verən anqlosakson Britaniyası buna imkan verərdi heç?), o zaman bu mövcudluq bir az önəm qazana bilər.

Amerika məsələsinin şəxsən mənim üçün az miqdarda önəmi, bu gün MÜVƏQQƏTİ olaraq bu ölkədə yaşamağımla bağlıdır – bu qədər.

Yoxsa mən biriləri kimi düşünmürəm ki, Amerikada filankəs prezident olsa gətirib bizə boşqabda demokratiya paylayacaq, bəhmənkəs olsa, diktatura.

Aralarında mənim dostlarımın da olduğu bir çox alimlər, politoloqlar, analitiklər, şərhçilər və sairələrin yorumlarını oxuyanda tərəfsiz yox, məhz TƏRƏF olaraq təhlil etdikləri açıq-aşkar bəlli olur.

Tərəf olaraq şərh etdiyin zaman da istər-istəməz şərhçi yox, ŞƏRÇİ görüntüsü verirsən.

Çoxunuzun bildiyiniz kimi, Bayden siyasətin tam içindən yetişib , 30 yaşında Amerikanın ən gənc senatoru olub, 8 il vitse-prezident kimi çox önəmli post daşıyıb – bu anlamda onun daha ölçülü-biçili danışmasından və addımlar atmasından təbii heç nə yoxdur.
Tamp isə bu posta biznesdən, bir anlamda həyatın içindən gəlib. Həm bu səbəbdən, həm də xarakterinin çılğınlığından dolayı bəzən alışmadığımız qeyri-standart addımlar atması və sözlər söyləməsi də çox doğaldır.

Mənə görə məsələnin kökü xeyli dərindədir-hadisələr göründüyü kimi sadə deyil.

Birincisi, mənə görə Tramp sistemin adamı deyil və ona görə də sistem tərəfindən həzm edilmədi.
İkincisi, Tramp həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində qurulu düzənə çomaq soxdu.

Bunu bir az açmağım lazımdır:

Özəlliklə ikinci dünya savaşından sonra qurulan xeyli sayda Beynəlxalq təşkilatlar, xüsusilə Avropada yaradılan fondlar və sairə vardı ki, onların əksəriyyəti “ver yeyim, ört yatım, gözlə canım çıxmasın” prinsipi ilə “fəaliyyət ” göstərərək, hər il Amerika dövlətindən milyardlarla dollar yardımlar alırdılar və qarşılığında demək olar ki, heç bir iş görmürdülər. Tramp Amerikanı bu lazımsız qurum və fondların çoxusunun üzvlüyündən çıxardı və “onlara boşuna verdiyimiz pulları niyə Amerika xalqına xərcləməyək ki?” deyərək məncə haqlı addım atdı.

Çox sayda örnək gətirə bilərik, amma son koronavirus olayında sınaqdan üzüqara çıxan Dünya Səhiyyə Təşkilatının fəaliyyətini (əslində fəaliyyətsizliyini) sərt tənqid edərək, Amerikanın bir virusun əlində aciz qalan bu quruma hər il verdiyi yüz milyonlarla dollar üzvlük haqqını verməyəcəyini bəyan etdi. O qurum ki, onun xeyli dərəcədə şübhəli rəhbəri Çinin diktator rəhbərinin önünə yüyürərək əyilməsi ilə xatırlanır, nəinki koronavirusla.

Bundan başqa Amerikanın beynəlxalq aləmdəki bir çox problemləri diplomatik və s. yollarla çözməsi gərəkdiyini müdafiə edirdi və ölkə xaricindəki Amerikan əsgərlərinin sayının azaldılması yönündə addımlar atırdı ki, bu da həm dünya, həm də ölkə çapındakı nəhəng silah tüccarlarını (mafiyalarını) rahatsız etməyə bilməzdi. Çünki onlar qandan, terrordan bəslənirlər. Şimali Koreya ilə müharibənin baş tutmaması sadə Amerikanları nə qədər məmnun etdisə, silah mafiyalarını da bir o qədər üzdü.

Avropa dövlətləri və fondları da təbii ki, Tramp dönəmində, ondan əvvəlkilərin vaxtında olan “diqqət və qayğı”nı görmədilər.
Eyni şəkildə o, bəzən yanlış, bəzən də doğru olan qeyri-standart addımları ilə əsrlərdir davam edən ikipartiyalı və az baş ağrısı verən düzəndən məmnun olan “dərin dövlət”i də rahatsız etdi.

Ümumiyyətlə, bu cür faktları xeyli sadalayıb artırmaq olar. Amma sosial şəbəkələrdə uzun statusların oxunmadığını da nəzərə almaq lazımdır.

Konkret olaraq son hadisələrə gəlincə, mən Trampın seçkinin saxtalaşdırıldığı iddialarının nə qədər doğru və ya yanlış olduğunu bilə bilmərəm. Amma bu bir həqiqətdir ki, poçt yolu ilə səs verilərək göndərilən bülletenlər o qədər də güvənli ola bilməz. Həm də deyək ki, Tramp yox, Bayden məğlub olsaydı və seçkinin saxtalaşdırıldığını iddia etsəydi, inanıram ki, onun iddiaları daha çox ciddiyə alınıb, daha dərindən araşdırılardı. Çünki o, SİSTEMİN ADAMIDIR.

Trampın mövcudluğu sadəcə rəqibi olan Demokrat Partiyanı yox, həm də öz mənsub olduğu Respublikaçılar partiyasını da rahatsız edir. Çünki hər iki partiya onilliklərdir paslaşaraq hakimiyyəti bölüşürlər. Belə olmasaydı hələ 10 gün öncə Tramp Amerikalılara koronavirusdan dolayı verilən 600 dollar pulun Amerikalılara təhqir olduğunu və bunu 2000 dollara çatdırmaq lazım olduğunu təklif edəndə, öz partiyasından dəstək görərdi. (4 il boyunca bənzər hallar çox oldu).

Son olaraq deyim ki, mənim üçün nə Tramp, nə də Bayden yaxşıdır – hər iki partiya daha müsbət namizədlər çıxara bilərdi. Amma bu gün sanki Trampı müdafiə edirmişəm kimi təsir bağışlamağımın 2 SƏBƏBİ VAR: birincisi, əksər yorumçuların qərəzli yanaşmasına şahid olmağım (yüz dəfə imama ağlayanda, bircə dəfə də yezidə ağlamaq məsələsi); ikincisi və ən əsası isə iki pisin arasından daha az pis olanını seçmək məsələsidir.

Belə ki, Baydenin və ümumiyyətlə Demokrat Partiyanın siyasi və maddi dəstəkçiləri arasında ermənilərin, pkk yandaşı kürdlərin və Türkiyə MGK-sı tərəfindən terror təşkilatı olaraq tanınan Fətullahçı örgüt mənsublarının üstünlük təşkil etməsi çox aşkar bilinən məsələlərdir. Onlar ümumiyyətlə Demokrat partiyanın qazanması üçün hər zaman yüklü miqdarda maliyyə yardımları edirlər.
Başlanğıcda dedim axı : mənim üçün öncəlik Türk Dünyasının maraqlarıdır.

Bizim qərəzli yanaşan bir çox şər(h)çilərin Trampı səviyyəsiz, cahil, dəli kimi göstərmək cəhdləri cəfəngiyyat olmaqla yanaşı, həm də guya sayğı duyduqları Amerikan toplumunun ən azından yarısına həqarətdir. Sadəcə bunu xatırlatmaq istəyirəm ki, açıq şəkildə tərəfini tutduğunuz Baydenin dəstəkçiləri arasında əksəriyyəti tüfeyli həyat keçirən, oğurluq və narkomaniyanı həyat tərzinə çevirən qaradərililər və Trampın haqlı olaraq ölkəyə soxmaq istəmədiyi Orta və Güney Amerika ölkələrindən gələn illeqal kütlə üstünlük təşkil edir.

Mənim izlədiyim qədər, biznesdən gələn Trampın başlıca məqsədi Amerikanı iqtisadi cəhətdən güclü etmək və insanları zənginləşdirmək idi. Necə ki, o bunu öz seçim kampaniyasında açıq şəkildə bəyan edirdi.

Bəlkə də Green kart xəyalında olan bir çox dostlar inciyəcəklər, amma Tramp Green kartın təsadüfi seçmə üsulu ilə yox, Amerikaya fayda gətirəcək insanlara verilməsini müdafiə edirdi və məncə də ölkəyə heç bir faydası olmayan, amma təsadüf nəticəsində Green kart udaraq gələn 80 yaşında Efiopiyalı bir qadındansa, gənc bir beyin Amerika və bəşəriyyət üçün daha faydalı ola bilər.

Hə, o ki, qaldı Konqres binasının Tramp tərəfdarları (?) tərəfindən basılmasına, sizcə bu olaydan ən çox zərər çəkənin elə Trampın olduğu çox aşkar olaraq ortada deyilmi?

Məncə məqsəd Tramp kimi “ipə-sapa yatmayan” birinin normal şəkildə yox, mümkün olsa impiçment yolu ilə, bu mümkün olmazsa da, rəzil bir şəkildə yola salınmasından başqa bir şey deyil.

Necə deyərlər, sən ki, bizim düzənimizə çomaq soxdun, indi gör biz birləşib o çomağı sənin…