“Azərbaycanın qərb regionunda (Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa)  İctimai Şuraların  yaradılmasında ölkədə fəaliyyət göstərən İctimai Şuralarının təcrübələrinin yayılması” layihəsinə start verilib.

“Azərbaycanın qərb regionunda (Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa) İctimai Şuraların yaradılmasında ölkədə fəaliyyət göstərən İctimai Şuralarının təcrübələrinin yayılması” layihəsinin əsas məqsədi “İctimai İştirakçılıq Haqqında” Qanunun Azərbaycan Respublikasının qərb regionunda təbliği və yerli İcra hakimiyyətləri-QHT-bələdiyyə-həmkarlar ittifaqları-kütləvi informasiya vasitələrinin və s. geniş məlumatlandırılmasıdır.

“Azərbaycanın qərb regionunda (Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa)  İctimai Şuraların  yaradılmasında ölkədə fəaliyyət göstərən İctimai Şuralarının  təcrübələrinin yayılması” layihəsi Amerika Beynəlxalaq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “Şəffaflıq naminə vətəndaş cəmiyyəti” layihəsi çərçivəsində həyata keçirilir.     

Layihənin əsas məqsədi Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa rayonlarında ictimai iştirakçılıq yönündə geniş məlumatlandırmalar həyata keçirmək, yerli İcra hakimiyyətləri Yanında İctimai Şuraların yaradılmasına dəstək verməkdir. Eyni zamanda ictimai şuralarda qərarların hazırlanması, qəbul edilməsi və icrasında, habelə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin iştirakının təmin olunması istiqamətində işlər aparmaq layihənin qarşısına qoyduğu əsas  məsələlərdəndir.

Layihə çərçivəsində və layihədən sonra regionlarda ictimai nəzarətin yerli icra hakimiyyətləri yanında və bələdiyyələrdə ictimai şuraların yaradılmasına çalışmaq əsas prinsipdir.

Ölkəmizdə Açıq Hökumət Təşəbbüsü istiqamətində işlər həyata keçirilir. Bu da vətəndaş iştirakçılığının genişləndirilməsi üçün vacib şərtlərdən biridir. Azərbaycan Prezidenti əksər çıxışlarında ictimai nəzarətin vacib olduğunu qeyd edir, vətəndaş cəmiyyətinin gücləndirilməsini bütün dövlət orqanlarının qarşısında bir vəzifə olaraq qoyur.

Düşünürük ki, layihə rayonlarda ictimai nəzarətin daha da gücləndirilməsinə, şəffaflıq və hesabatlılığın bir qədər də artırılmasına gətirib çıxara bilər. Bu gün ölkədə mərkəzi və yerli icra hakimiyyətləri yanında aparılan siyasətin əsas prioritetlərindən biri də ictimai iştirakçılıqdır.

Layihənin icrası zamanı rayonlarda vətəndaş cəmiyyətinin aktivliyi və yerli icra strukturları ilə əməkdaşlığın güclənməsi, bələdiyyələrin və yerli icra strukturlarının şəffaflığı, vətəndaş cəmiyyətinin ictimai şuralarda təmsilçiliyi yarana bilər. Bir sözlə, vacib hesab etdiyimiz sahə ölkənin demokratik inkişafı, korrupsiyaya qarşı mübarizə aparılmasının, şəffaflığın gücləndirilməsinin və s. əsas yolu cəmiyyətin təbəqələrindən asılı olmayaraq əhalinin bir-birinə nəzarətidir.  Bu yol isə ictimai nəzarətdən keçir.

Layihənin icrası zamanı  əsas hədəf   regionda İcra Hakimiyyətləri yanında  ictimai şuraların yaradılması, bu sahədə vətəndaş cəmiyyətinin  aktivliyinin artırılmasıdır.

Harada şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılılıq varsa, orada səmərəli, effektiv idarəetmədən söhbət gedə bilər. 

Rayonlarda keçiriləcək məlumatlandırma sessiyalarında və görüşlərdə ölkəmizin mərkəzi və yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların təcrübələrinin yayılması da təbliğ olunması nəzərdə tutulub.

Layihənin icrası Şəmkir Rayon İcra hakimiyyəti Yanında İctimai Şuranın sədri Fuad Bədəlova həvalə olunub.